Rusiya aviaşirkəti Azərbaycana uçuşların dayandırılması müddətini uzadıb

Rusiyanın “Uralskie avialinii” şirkəti Azərbaycana uçuşların
dayandırılması müddətini daha bir ay uzadıb.

Trend bu barədə
aviaşirkətə istinadən məlumat verir.

Martın 8-dən tətbiq edilən uçuş qadağası müddəti aprelin 30-dək
artırılıb.

Qeyd edək ki, “Uralskie avialinii” şirkəti martın 8-dən 26-dək
Bakı, Gəncə və Lənkəran hava limanlarına uçuşların dayandırıldığını
elan etmişdi.

Xatırladaq ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rusiya
təyyarələrinə xaricdə qoyulan həbslər fonunda yerli aviaşirkətlərə
beynəlxalq reyslərin dayandırılmasını tövsiyə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: