Rusiyanın “Aeroflot” aviaşirkəti martın 21-dən etibarən
Azərbaycana müntəzəm reysləri bərpa edəcək.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
Uçuşlar “Sukhoi Superjet 100” təyyarələri ilə həyata
keçiriləcək.
Xatırladaq ki, bu il martın 5-də Rusiya aviaşirkətləri Rusiya
Federal Hava Nəqliyyat Agentliyinin tövsiyəsi ilə Azərbaycana
uçuşları dayandırmışdı.
(Tərcümə: Orxan Nəbiyev)