Rusiya artıq müdafiəyə hazırlaşır

Rusiya artıq müdafiəyə hazırlaşır

Rusiya ordusu Ukraynanın milyonlarla əhalisi olan şəhərlərini, xüsusən də Nikolayev və Zaporojyeni ələ keçirə bilməyəcək. Yeganə mümkün variant Luqansk və Donetsk vilayətlərinə nəzarəti ələ keçirməkdir. Bəzi mövqelərdə işğalçılar artıq müdafiəyə hazırlaşırlar.

AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov deyib.

Müşavir onu da bildirib ki, bəzi istiqamətlərdə işğalçılar mövqe və müdafiə döyüşləri üçün istehkamları təchiz edirlər:

“Lakin problem başqadır – biz öz mövqelərimizi müdafiə edə bilərik, lakin əks hücuma keçmək üçün kifayət qədər ağır silahlarımız yoxdur”.

Teqlər: