Rusiya 1 aprel tarixindən Almaniya, Şri Lanka, Venesuela, Suriya, Tacikistan və Özbəkistana müntəzəm sərnişin uçuşlarını bərpa edir.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası ərazisində koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.
“1 aprel tarixindən Almaniyanın aviasiya rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında Frankfurt-am-Mayn – Moskva – Frankfurt-am-Mayn marşrutunda həftədə beş dəfə, Frankfurt-am-Mayn – Sankt-Peterburq – Frankfurt-am-Mayn – həftədə üç dəfə, Moskva – Berlin – Moskva – həftədə beş dəfə, və Moskva – Frankfurt am Mayn – Moskva – həftədə üç dəfə olaraq müntəzəm uçuşlar bərpa ediləcək”, – məlumatda deyilir.
Bildirilir ki, qeyd edilən tarixdən Rusiya və Azərbaycan arasında müntəzəm uçuşların sayı artırılacaq.