Rusiya anbarlarında 30-cu illərin T-26 tankları saxlanılır.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“T-26 benzinlə işləyən yüngül piyada tankıdır. Ümumilikdə 11 min ədəd buraxılıb. Əgər bu tankları anbarlardan çıxarsalar, o zaman onları döyüş meydanında görə bilərik”, – Jdanov bildirib.
Onun sözlərinə görə, Rusiyanın anbarlarında 28 mindən çox tankı var.