Rusiya Almaniyaya qaz tədarükünü bərpa etdi

Rusiya Almaniyaya qaz tədarükünü bərpa etdi

“Şimal axını 1” kəməri ilə Rusiyadan Almaniyaya göndərilən qaz tədarükü yenidən bərpa edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, tədarükün həcmi sutkada təxminən 67 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, “Şimal axını” kəməri vasitəsilə qaz tədarükü təmir səbəbindən 11-21 iyul tarixlərində dayandırılmışdı.

Teqlər: