Rusiya-Almaniya müharibəsi iddiasına ironik reaksiya

Rusiya-Almaniya müharibəsi iddiasına ironik reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Bild” nəşrinin Almaniyanın 2025-ci ildə Rusiya ilə NATO arasında baş verəcək müharibəyə hazırlaşdığına dair yaydığı məlumata münasibət bildirib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, M.Zaxarova bu barədə öz Teleqram kanalında yazıb.

“Bild” informasiya zibilliyinə sızan alman “gizli planını” oxudum. Bu, xərçəng bürcü üçün keçənilki ulduz falıdır. İstisna etmirəm ki, Bundesverin (Almaniya Silahlı Qüvvələri – red.) analitik hesabatı xarici işlər naziri Annalena Berbokun rəhbərliyi altında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb”, – Rusiya XİN sözçüsü bildirib.

Qeyd edək ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi 2025-ci ildə NATO ilə Rusiya arasında baş verəcək müharibəyə hazırlaşır.

Teqlər: