Rusiya Aleksanyanı ölkəyə buraxmadı, aeroportdan qaytardı

Rusiya Aleksanyanı ölkəyə buraxmadı, aeroportdan qaytardı

Rusiya hakimiyyəti Ermənistanın ən məşhur iş adamlarından biri, parlamentin keçmiş deputatı Samvel Aleksanyanı ölkəyə buraxmayıb.

AzerTimes xəbər verir ki, bu barədə “24News” Moskvadakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Samvel Aleksanyan həyat yoldaşı Şogerina və digər ailə üzvləri ilə birlikdə Moskvaya gedib. Hava limanında bütün ailə üzvlərinə Rusiya sərhəddini keçməyə icazə verilib, Aleksanyan isə bir neçə saat hava limanında saxlanılıb, bundan sonra ona ölkəyə daxil ola bilməyəcəyini bildiriblər. Sonuncu Ermənistana qayıdıb.

Məlumata görə, Aleksanyana Rusiyanın qadağası “hələ uzun müddət” davam edəcək.

Samvel Aleksanyan ailə üzvləri ilə toy mərasimində iştirak etmək üçün Moskvaya gedibmiş.

Teqlər: