Rusiyanın aktivlərinin müsadirəsi qlobal maliyyə sistemi üçün təhlükəli presedent yaradacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin deyib.
S.Qarmonin hazırda sanksiyalara görə İsveçrədə Rusiyanın 15 daşınmaz əmlakının bloklandığını, təxminən 7,5 milyard dollarlıq aktivlərinin dondurulduğunu xatırladıb.
O bildirib ki, Rusiya vətəndaşlarının dondurulmuş pul vəsaitlərinin və ya əmlakının müsadirə edilməsi oğurluqdur.