Aİ Rusiyanın dondurulan aktivlərinin böyük hissəninin yerləşdiyi ölkələrin siyahısını açıqlayıb.
AzerTimes xəbər verir ki, Aİ-nin ədliyyə məsələləri üzrə komissarı Didye Reynders bu ölkələrin Almaniya, Fransa, İrlandiya, Avstriya, Belçika və Lüksemburq olduğunu bildirib.
Reynders Aİ-də Rusiyanın 13.8 milyard avroluq aktivlərinin dondurulduğunu bildirib. Onun sözlərinə görə, bu qədər vəsaitin 12.6 milyard dolları 6 ölkə tərəfindən dondurulub.