Rusiya aktivlərindən istifadə etmək üçün… – İtaliyalı nazir

Rusiya aktivlərindən istifadə etmək üçün… – İtaliyalı nazir

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı razılığa gəlmək ölkələr üçün asan olmayacaq, belə bir razılaşmaya qanunvericilik bazası lazımdır.

AzerTimes xəbər verir ki, bunu İtaliyanın iqtisadiyyat naziri Cankarlo Giorgetti G7-nin maliyyə nazirlərinin Stresadakı görüşündən öncə deyib.

Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılığın əldə olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran nazir bildirib:

“Mürəkkəb məsələdir. Bu, o qədər də asan deyil. Avropa səviyyəsində qanunvericilik bazası tapmalıyıq”.

Teqlər: