Rusiya ağır zərbə endirdi – ABŞ hərəkətə keçdi

Rusiya ağır zərbə endirdi – ABŞ hərəkətə keçdi

Rusiyanın bu gün onlarla dinc sakinin ölümünə və Kiyevin ən böyük uşaq xəstəxanasında tələfat və dağıntılara səbəb olan raket zərbələri Rusiyanın qəddarlığının dəhşətli bir xatırlatmasıdır.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bazar ertəsi Rusiyanın Ukraynaya, o cümlədən Kiyevdəki uşaq xəstəxanasına raket hücumlarına reaksiyasında deyib.

Bayden əlavə edib ki, Vaşinqton və onun NATO müttəfiqləri bu həftə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirlər elan edəcəklər.

Qeyd edək ki, Rusiyanın ötən gün Ukraynaya endirdiyi zərbələr nəticəsində, son məlumata görə, 41 mülki şəxs ölüb. Kiyevdə matəm elan edilib.

Teqlər: