Rusiya ağır bədəl ödəyir: işçi yox, itkilər, inflyasiya…

Rusiya ağır bədəl ödəyir: işçi yox, itkilər, inflyasiya…

Bu il Ukraynada müharibəyə son qoyulması tamamilə mümkündür.

AzerTimes xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“Müharibələr təbiətcə gözlənilməzdir, ona görə də mən 2025-ci ildə nə baş verəcəyini proqnozlaşdırmaqda çox ehtiyatlıyam. Amma bu il bu müharibəyə son qoymaq mümkündür”, – o qeyd edib.

Keçmiş baş katib bildirib ki, Rusiya təcavüzünə görə son dərəcə yüksək bədəl ödəyir:

“Rusiya hər gün 1000-ə yaxın hərbi qulluqçusunu itirir, 10 faiz inflyasiya ilə üz-üzədir və vətəndaşların kütləvi şəkildə ölkədən getməsi, kəskin işçi çatışmazlığı yaşayır”.

Teqlər: