Rusiya Müdafiə Nazirliyi hərbi aerodromların kütləvi zərbələrə müqavimətini sınaqdan keçirib. Təlimlər zamanı Rusiya ordusunun xüsusi bölmələri uçuş-enmə zolaqlarının və təyyarələrin dayanacaqlarının bərpasını məşq ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” MN-dəki mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, təlimlər eyni vaxtda bir neçə rayonda, o cümlədən qərb və cənub strateji istiqamətlərində baş tutub.
Rusiyalı hərbi ekspert Aleksey Leonkov nəşrə açıqlamasında deyib ki, aerodrom xidmətində uçuş-enmə zolağının dərhal bərpası və yanğın baş verdiyi zaman təyyarələri ərazidən çıxarmalı olan bölmələr var:
“Bu cür təlimlər dənizdə olduğu kimi müntəzəm aparılmalıdır. Ukraynaya qarşı müharibə başlayandan bəri Kiyev mütəmadi olaraq Rusiya aerodromlarına PUA-larla hücum edib və gələcəkdə Rusiya NATO ilə toqquşa bilər. Onlar ilk zərbə ilə aerodromları dağıtmağa çalışacaqlar. Buna görə də Aerokosmik Qüvvələrin ehtiyat aerodromları var. Bütün avadanlıq yaxşı qaydada saxlanmalıdır”.