Rusiya qoşunları Ukraynanın hərbi-sənaye kompleksini təmin edən enerji obyektlərinə kütləvi hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz raketləri, zərbə PUA-ları ilə Ukraynanın hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən mühüm enerji infrastruktur obyektlərinə, hərbi təyinatlı məhsullar istehsal edən müəssisələrə kütləvi zərbələr endirib. Bütün planlaşdırılan hədəflər vurulur”, – məlumatda qeyd olunub.