ABŞ və müttəfiqləri Livan, Qırmızı dəniz və Yəmənə zorakılıq yayır və Yaxın Şərqdə sülhü bərpa etmək üçün beynəlxalq səylərin qarşısını alır.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.
Rus səfir bildirib ki, ABŞ-ın bu hücumları güc nümayiş etdirmək və seçkiqabağı kampaniyada ABŞ hökumətinin imicini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilib.
Həmçinin o, ABŞ-ı beynəlxalq hüququ pozmaqda və Yaxın Şərqə xaos və dağıntı toxumu səpməkdə ittiham edib.