Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın ABŞ-la məhbus mübadiləsi məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya Federasiyası ABŞ-la məhbus mübadiləsi mövzusunu müzakirə etməyə hazırdır, lakin Putin və Baydenin razılaşdırdığı mexanizm çərçivəsində”, – Lavrov bildirib.
Qeyd edək ki, mətbuat Rusiyanın ABŞ vətəndaşları – Brittni Qriner və Pol Uilanın sərbəst buraxılması müqabilində ABŞ-da həbsdə olan Viktor Butla birgə, Almaniyada cəza çəkən Vadim Krasikovun da azadlığa çıxarılmasını tələb etdiyi haqda iddia yayıb.