Rusiya Ukraynadakı ABŞ-ın bioloji laboratoriyalarının fəaliyyəti
ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması
təşəbbüsü ilə çıxış edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi
nümayəndəsinin müavini Dmitri Polyanski öz “Twitter” səhifəsində
bildirib.
O yazib ki, Rusiya ABŞ-ın Ukrayna ərazisindəki hərbi-bioloji
fəaliyyətini müzakirə etmək üçün martın 11-də BMT Təhlükəsizlik
Şurasında iclas keçirməsi ilə bağlı sorğu göndərib.