Rusiya ABŞ-ın qanuni oğru kimi tanıdığı erməni cinayətkarı axtarır

Rusiya ABŞ-ın qanuni oğru kimi tanıdığı erməni cinayətkarı axtarır

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi “Robson” ləqəbi ilə tanınan Ruben Tatulyanı axtarır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, Tatulyanın Kubanda ən böyük mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri olduğu bildirilir.

Məlumata görə, Tatulyan Soçidə yaşayış binaları və ticarət mərkəzlərinin tikintisində fırıldaqçılıq edib. Rusiya təhlükəsizlik qüvvələrinin axtardığı erməninin hazırda xaricdə olduğu deyilir. Onun 2022-ci ildə Abxaziyada diplomatik pasport aldığı bildirilir.

Tatulyan və onun yoldaşı Andronik Mumjian oğurluğa görə bu ilin sentyabr ayında axtarışa veriliblər. Həmin vaxt onlar artıq Rusiyadan kənarda olublar.

2017-ci ildə Tatulyan ABŞ Maliyyə Nazirliyi tərəfindən “Qanuni oğrular” siyahısına salınıb.

Teqlər: