Rusiya ABŞ-ı bununla təhdid etdi

Rusiya ABŞ-ı bununla təhdid etdi

Rusiya Vaşinqtonu “terrorizmin sponsoru olan ölkə” kimi tanınacağı təqdirdə ölkələr arası diplomatik münasibətləri kəsməklə hədələyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Darçiyev danışıb.

“Əgər sözügedən təşəbbüs həyata keçirilərsə, onda bu Vaşinqtonla ikitərəfli diplomatik münasibətlərə geri dönüşü olmayan ciddi ziyan vuracaq”, – diplomat bildirib.

Qeyd edək ki, hazırda terrorizmin sponsorları adlandırılan ölkələr siyahısına İran, Şimali Koreya, Kuba və Suriya da daxil edilib.

Teqlər: