Rusiya hakimiyyəti ABŞ-ı təlim və döyüş məqsədləri üçün Plesetsk kosmik stansiyasından “Yars” qitələrarası ballistik raketinin buraxılması barədə əvvəlcədən xəbərdar edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a Pentaqondan bildirilib.
“Rusiya Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ı raket buraxılışı ilə bağlı xəbərdar edib. Biz vəziyyəti izləməyə davam edəcəyik”, – ABŞ hərbi departamentindən qeyd edilib.