Rusiya AB-nin ən güclü ölkəsindən dəstək alır

Rusiya AB-nin ən güclü ölkəsindən dəstək alır

AB-nin iqtisadi baxımdan ən güclü ölkəsi Almaniya Rusiyanın Avropadakı vacib ticarət ortağıdır. Almaniya Avropada ən çox rus qaz və neftini alan ölkədir. Rusiyanın Ukraynanı işğalına qarşı Avropanın ümumi mövqeyində isə rəsmi Berlinin atacağı addımlar çox həlledicidir.

Bu sözləri AzerTimes-a Almaniya və Ukrayna arasındakı münasibətlərin soyuqlaşması haqqında danışan Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Mehmet Akif Okur deyib.

Professor bildirib ki, Almaniya Rusiya ilə xüsusilə enerji sahəsində əlaqələrini tamamilə qoparmaq istəmir:

“Kiyev isə Berlini Ukraynanın daha çox yardım olmasında, həm də Moskvaya daha sərt sanksiyaların tətbiqində əngəl kimi görür. Nəticə olaraq isə Ukrayna Almaniyaya qarşı etiraz və narazılığını ictimaiyyət qarşısında müxtəlif formada bildirir”.

Qeyd edək ki, Almaniyanın Ukraynaya daha silah göndərməyəcəyi, alman istehsalı olan silahlarında Kiyevə çatdırılmasına mane olacağı haqda məlumat yayılıb.

Teqlər: