Rusiyanın zərbə endirdiyi 70 raketdən 51-i vurulub.
AzerTimes verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizdən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.