Rusiya 7 vilayətə kütləvi hücum etdi – Zelenski

Rusiya 7 vilayətə kütləvi hücum etdi – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski enerji obyektlərinə yeni kütləvi hücumu şərh edib və bunu ölkədə qeyd olunan İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə və Anım Günü ilə əlaqələndirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Lvov, Vinnitsa, Kiyev, Poltava, Kirovoqrad, Zaporojye, İvano-Frankovsk vilayətlərindəki infrastruktura 50-dən çox raket və 20-dən çox “Şahid” atılıb. Terrorun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi xidmətlər artıq işləyir. Bütün dünya kimin kim olduğunu aydın başa düşməlidir. Dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur”, – o bildirib.

Qeyd edək ki, Rusiya yeni kütləvi zərbə ilə bağlı xəbərləri şərh etməyib.

Teqlər: