Rusiya 60 illik tankları Ukraynaya göndərir – Britaniya

Rusiya 60 illik tankları Ukraynaya göndərir – Britaniya

Rusiya hərbi texnika itkisini köhnə modellərlə kompensasiya etməyə çalışır. Bu yaxınlarda cəbhədə 1954-cü ildə silahlanmaya verilən BTR-50 göründü.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

“Ağır zirehli texnika itkilərinin yerini Rusiya ordusu 60 illik T-62 əsas döyüş tankları ilə doldurmağa çalışır. Hətta Rusiyanın əsas tank birləşməsi olan 1-ci Qvardiya Tank Ordusunun hissələrinin də T-62-lərlə yenidən təchiz olunması ehtimalı var. Halbuki bu ordu 2021-ci ildən yeni nəsil T-14 “Armata” tankı almalı idi”, – məlumatda qeyd olunub.

Hesabatda bildirilib ki, 2022-ci ilin yayından Rusiya 800 ədəd T-62 tankını yenidən istifadəyə verib. Bəzi tanklara modernləşdirilmiş hədəf sistemləri də quraşdırılıb. Bir müddət öncə isə Ukrayna cəbhəsində 1954-cü ildə silahlanmaya qəbul edilmiş BTR-50 görünüb.

Teqlər: