Rusiya Silahlı Qüvvələri Ukraynaya hazırda əsas beş istiqamətdən hücuma keçib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorsk istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldir”, – məlumatda qeyd edilir.