Rusiya Polşa səfirliyi və konsulluqlarının 45 əməkdaşını
arzuolunmaz şəxs elan edib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi
bildirib.
Qeyd olunur ki, bu qərar Polşanın analoji addımına cavab olaraq
qəbul edilib. Bu il martın 23-də Polşa 45 rusiyalı diplomatın
ölkədən çıxarılmasını elan etmişdi.
Rusiya XİN-in qərarına əsasən, Polşanın Rusiyadakı
səfirliyindən, eləcə də İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı
konsulluqlarında 45 əməkdaş arzuolunmaz şəxs elan edilib.
Həmin şəxslərin aprelin 13-dək Rusiyanı tərk etməsi
tapşırılıb.