Rusiya 40 erməni iş adamına qadağa qoydu

Rusiya 40 erməni iş adamına qadağa qoydu

Bir müddət əvvəl məşhur erməni biznesmen Samvel Aleksanyan Rusiyaya buraxılmayıb, indi isə siyahıya Paşinyan rejiminin əsas oliqarxı Xaçatur Sukiasyan (Qrzo) da qoşulub.

AzerTimes xəbər verir ki, bu sözləri erməni fəal Mika Badalyan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hələ aprel ayında Rusiyaya girişi qadağan olunmuş iqtidaryönlü erməni iş adamlarının və siyasətçilərinin siyahısının tərtib edildiyi haqda məlumat yayıb, hazırda bu siyahı genişlənir:

“Artıq bundan sonra Rusiyada pul qazanmaq və eyni zamanda rusofobiyanı açıq şəkildə təbliğ edən bir rejimə sponsorluq etmək mümkün olmayacaq. Paşinyan rejimini dəstəkləyən iş adamları çox diqqətlə düşünməlidirlər ki, özlərinə başqa bazarlar tapa biləcəklər, ya yox”.

“Hraparak” isə 40-a yaxın erməni iş adamının Rusiyaya girişinə qadağa qoyulsa da, siyahının gizli saxlanıldığını yazıb.

Teqlər: