Rusiya 300 mini toplaya bilməyəcək, çünki… – Ekspert

Rusiya 300 mini toplaya bilməyəcək, çünki… – Ekspert

Rusiya 300 min insanı səfərbər edə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev bildirib.

“Rusiya silahlı qüvvələrinin komissarlıqlarının işinə baxsanız, o, bir qədər axsaqdır. Baxırıq ki, ildən-ilə eyni hərbi komissarlıq müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı nəzərdə tutulan planları yerinə yetirmir”, – ekspert vurğulayıb.

Seleznev belə bir səfərbərlik sisteminin mövcudluğu şəraitində rusların Ukraynadakı müharibə üçün ən qısa zamanda kifayət qədər kadr toplaya biləcəyinə əmin deyil.

Eyni zamanda o qeyd edib ki, Ukrayna Rusiya işğalçılarının say gücündə dəyişikliklərə diqqət yetirməlidir, lakin ilk növbədə Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılmasına diqqət yetirməlidir.

Ekspert xatırladıb ki, Ukrayna hazırda tərəfdaşlardan çox təsirli silahlar alır.

Teqlər: