Rusiya 300 milyonluq mal əti bazarımızdır – Kamo

Rusiya 300 milyonluq mal əti bazarımızdır – Kamo

Ukraynadakı vəziyyət Rusiya ilə Paraqvay arasında ticarəti ləngidir, Rusiyaya tədarükləri davam etdirmək istəyirik.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Paraqvay Xarici İşlər Nazirliyinin iqtisadi əlaqələr və inteqrasiya üzrə müavini Raul Kano çıxış edib.

“Ticarətimiz yavaşlayır. Rusiya 300 milyon dollar dəyərində mal əti bazarıdır ki, bu da bütün ixracın təxminən 3%-ni təşkil edir. Biz başqa bazarlar tapana qədər Rusiyaya satışı davam etdirmək istəyirik”, – Kano deyib.

O bildirib ki, ölkəsi Rusiya ilə diplomatik əlaqələri kəsməyib. Lakin ölkələr arasında ticarət ləngiyir, ödəniş sistemi vəziyyəti çətinləşdirir.

Teqlər: