Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xüsusi Təyinatlı Mərkəzi bu ay Donetskdə təxribatlar törətmək üçün 3 ədəd “Supercam” pilotsuz uçuş aparatı hazırlamaq istəyirdi, lakin sanksiyalar səbəbindən bu planın icrası mümkünsüzdür.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sözügedən PUA-ların istehsalı ilə İjevsk şəhərində yerləşən “Pilotsuz sistemlər” şirkəti məşğul olur. Hərçənd FTX daha təchizatlı və maliyyə cəhətdən təmin olunmuş struktur olsa da, ruslar həmin dronların istifadəsi ilə bağlı təməl hazırlıq keçə bilmir.
Ölkədə istehsal olunmayan termoqrafik və HD kameraların xaricdən gətirilməsi səbəbindən PUA-larla bağlı işlər dayandırılıb.