Rusiya 200 ildən sonra Sevastopoldan çəkildi – NYT

Rusiya 200 ildən sonra Sevastopoldan çəkildi – NYT

Ukraynanın Krıma hücumları intensivləşir və bu, ABŞ-dan yeni gətirilən yeni uzaqmənzilli ATACMS raketləri ilə daha da tezləşə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.

Məlumatda Rusiyanın geri çəkilməsinin Ukraynanın Krım yarımadası istiqamətində irəliləməsinə səbəb olduğu bildirilib:

“Rusiyanın Qara dəniz donanmasının 200 ildən artıqdır ki, yerləşdiyi Sevastopoldan qismən geri çəkilməsi Ukraynaya Rusiyanın blokadasını yarmağa və orada gəmi ticarətini qoruyub saxlamağa kömək etdi.

Ukrayna hərbi dairələri uzun müddətdir ki, Krıma nəzarəti bərpa etmək niyyətində olduqlarını bəyan edir. Lakin bəzi hərbi analitiklər bunun qeyri-mümkün olduğunu düşünür. Qara dəniz donanmasına zərbə endirildikdən sonra Krımdan Ukraynaya kəşfiyyat məlumatları ötürənlərin sayı artıb”.

Teqlər: