Rusiya iyulun 15-dən etibarən xarici uçuşlara qoyulan məhdudiyyətləri tədricən aradan götürəcək.
Bunu Baş Nazirin müavini Tatyana Qolikova bildirib:
“Bu ona görə mümkün olub ki, Rusiyada xeyli müddətdir yeni növ koronavirus infeksiyasına yoluxma halları və xəstəliyin azalması müşahidə olunur”.
Qolikovanın sözlərinə görə, uçuşlar Covid-19-a yoluxma nisbəti hər 100 min nəfərə 40-dan çox olmayan ölkələrlə bərpa olunacaq. Həmin ölkələrdə orta sutkalıq yoluxma və yayılma riski 1 faizi keçməməlidir.
Qolikova bildirib ki, bu səbəbdən aviasiya orqanları həmin kriteriyalara cavab verən ölkələri aydınlaşdırmalı və danışıqlar aparmalıdır.
Bundan başqa, əlverişsiz epidemioloji vəziyyət olan yerlərdən gələnlər karantinə alınacaq. Həmçinin, Covid-19 testi olmayan sərnişinlərdən test götürüləcək və cavab neqativ olanadək müşahidə altında saxlanılacaqlar.
Əcnəbi vətəndaşların Rusiyaya gəlmək üçün 3 gün əvvəlcədən alınmış tibbi arayışları da olmalıdır.
Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb.