Rusiya 135 PUA ilə hücum etdi: 44-ü “yoxa çıxdı”

Rusiya 135 PUA ilə hücum etdi: 44-ü “yoxa çıxdı”

Oktyabrın 18-də gecə Rusiya ordusu Ukraynaya 135 PUA ilə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən məlumat verilib.

Məlumata görə, PUA-lar Kursk, Oryol və Primorsk-Axtarsk istiqamətindən göndərilib.

“Odessa, Sum, Çerkassk, Kiyev, Jitomir, Kirovoqrad, Çerniqov, Poltava, Xmelnitski, Rovensk, Xarkov, Xerson, Volın və Vinnitsa vilayətlərində 80 PUA vurulub, 44 PUA yoxa çıxıb, iki PUA Belarus istiqamətinə uçub, daha 10 PUA isə hələ də Ukraynanın hava məkanındadır”, – məlumatda qeyd olunub.

Teqlər: