Rusiyanın 1918-ci ildən sonra ilk dəfə defolt olması barədə yayılan məlumatın heç bir əsası yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O deyib ki, Rusiya borcunu ödəməkdən imtina etməyib, sadəcə, sanksiyalara görə ödəyə bilmir:
“Bu, sırf texniki məsələdir, defoltla heç bir əlaqəsi yoxdur. Ölkələrin texniki defoltu o zaman ağrılı olur ki, bundan sonra həmin ölkələrə heç kim borc-kredit vermir. Rusiyaya zatən kredit verən yox idi, indi də olmayacaq, nə itirir ki?”
Qeyd edək ki, “Blumberq” iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddətinin başa çatması səbəbindən bunu Rusiyanın 104 ildən sonra ilk defoltu adlandırıb.