Rusiya Qara dəniz üzərində zərərsizləşdirdiyi ABŞ-a məxsus MQ-9 Reaper PUA-sının qalıqlarını 1913-cü il istehsalı olan “Kommuna” xilasedici gəmisinin iştirakı ilə çıxarır.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı jurnalist Denis Kazanski Teleqram səhifəsində məlumat verib.
Kazanski öz səhifəsində gəminin fotolarını da paylaşıb.
Qeyd edək ki, Rusiya PUA-nın qalıqlarının çıxarılacağını elan etmişdi. ABŞ rəsmiləri isə hadisədən dərhal sonra PUA-nın bütün yaddaşını sildiklərini açıqlamışdılar.