Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək üçün Türkiyəyə xilasedicilər göndərməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib.
“Centrospas” aviasiya dəstəsinin və “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatları Mərkəzinin 100 mütəxəssisi xilasetmə əməliyyatları üçün havaya qalxmağa hazırdır”, – məlumatda qeyd edilib.