Xarkov vilayətinin şimalında Ukrayna ordusunun aviasiya kəşfiyyatı və artilleriyası tankların dəstəyi ilə Rusiya xüsusi təyinatlılarının sursat anbarını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Şərq Əməliyyat-Ərazi Birliyi məlumat yayıb.
“Müdafiə Qüvvələrinin müxtəlif bölmələri arasında effektiv qarşılıqlı fəaliyyətin tarixi açıqlanmır. Kəşfiyyatçılar Rusiya işğalçı qüvvələrinin bölməsinin yerini aşkarlayıb. Daha sonra koordinatlar topçulara verilib və hədəf məhv edilib”,- məlumatda deyilib.