Rus-türk-azəri – ermənilərin düşməni… – Video

Rus-türk-azəri – ermənilərin düşməni… – Video

Ermənistanın paytaxtı İrəvanda “Hayastani” partiyasının təşkilatçılığı ilə aksiya keçirilib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, keçirilən aksiyada belə bir şüar səsləndirilib: “Rus-türk-azəri – ermənilərin düşməni”.

Ermənilərin aksiyada səsləndirdikləri bu şüaurda diqqət çəkən əsas məqam onların rusları da düşmənləri bilmələri və bu üç ölkəni – Azərbaycan, Türkiyə və Rusiyanı Ermənistana qarşı düşmən mövqedə dayanmaqda suçlamalarıdır. Ermənistan cəmiyyəti Türkiyə və Azərbaycanla yanaşı, Rusiyanı da özlərinin düşmənləri sırasında görürlər.

Xatırladaq ki, ermənilər bu şüarı azərbaycanlı aktivistlərdən oğurlayıblar. Bir vaxtlar ölkəmizdə keçirilən kütləvi aksiyalarda “Rus, fars, erməni, bunlar türkün düşməni” şüarları səsləndirilirdi. Ermənilər elə bir sahə yoxdur ki, bizdən nəsə çırpışdırmasınlar. Bir şüar qalmışdı, bunu da oğurladılar.

Teqlər: