Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov rus təbliğatında ermənilərin üstünlük təşkil etməsindən şikayətlənib.
AzerTimes xəbər verir ki, o, eyni zamanda ermənilər arasında “rus dünyası”nın fanatiklərini də ironik bir şəkildə sıralayıb.
“Bu, təsadüfən baş verib, yoxsa bu, Kremlin növbəti “planı”dır, amma reallıqda rus təbliğatçılarının 90%-i ermənilərdir. “Rus dünyası”nın fanatiklərinin siyahısına Simonyan başçılıq edir, Keosayan, Qabrelyanov, Baqdasarov, Babayan, Kurginyan, Mardanyan, Miqranyan və b. davam etdirir. Şübhəsiz ki, onların hamısı hazırda “rusluq etalonlarıdır” və həm ümumilikdə, həm də “böyük rus mədəniyyətinin”, xüsusən də şair Puşkinin təbliğatçılarıdır”, – o bildirib.