Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlılar “rejissorluğa” başlayıblar.
AzerTimes “Kaliber”ə istinadla xəbər verir ki, dünən Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistandan Qarabağa bəzi şəxsləri gətirməyə cəhd edib.
Lakin Azərbaycan tərəfi ilə razılaşdırılmadığı üçün buraxılmayıblar. Yaranmış vəziyyətdən istifadə etmək üçün Rusiya sülhməramlıları kameraları çıxararaq “blokada” təbliğatı aparan çəkilişlər həyata keçirməyə, ermənilərdən müsahibə almağa başlayıblar.
Rus sülhməramlısının erməni qadından necə müsahibə aldığını təsdiqləyən videonu təqdim edirik: