Rusiyanın həlledici töhfəsi ilə Qarabağda münaqişə dayandırıldı. Rus sülhməramlıları bölgədə sülhə və təhlükəsizliyə etibarlı zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına videomüraciətində bildirib:
“Rusiya qonşu ölkələrin təhlükəsizliyi və firavanlığı üçün üzərinə düşən məsuliyyəti heç vaxt unutmur. Regional münaqişələrin qarşısının alınması, ortaq qitəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməyə davam etmək niyyətindəyik”