Son 24 saat ərzində Qarabağda Rusiya sülhməramlıları iki daimi və bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində təmas xəttindən mühafizə postlarının tərksilah edilməsi ilə əlaqədar Şuşa və Əsgəran rayonlarında iki, Ağdərə rayonunda isə bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, – məlumatda deyilib.
Qeyd edək ki, daha öncə də Rusiya sülhməramlıları Əsgəran, Ağdərə və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar.