Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı

Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

AzerTimes APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.

Teqlər: