Rus sülhməramlılar aksiya zamanı da işləyir

Rus sülhməramlılar aksiya zamanı da işləyir

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti olaraq yerləşən rus sülhməramlı kontingenti aksiya və etirazçıların tələbləri ilə bağlı Azərbaycan və Ermənistanla danışıqları davam etdirir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya MN-in bugünkü bülletenində bildirilib.

“Rusiya sülhməramlılarının komandanlığı Xankəndi-Gorus yolunda avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, rus sülhməramlılar keçmiş Ağdərə, Xocavənd və Şuşa rayonları ərazisində patrul da aparıblar:

“Mühəndis-istehkamçı qruplar son sutkada bir hektar ərazini minalardan təmizləyib”.

Xatırladaq ki, aksiya ilə bağlı Rusiya sülhməramlı komandanlığının hansı danışıqları apardığı bəlli deyil. Belə ki, aksiya iştirakçıları Azərbaycan təbii sərvətlərinin və yataqlarının talanması, Laçın yolu ilə Ermənistana daşınması, təbiətə külli miqdarda ziyan vurulmasının qarşısının alınması, həmçinin rəsmi qurumların monitorinqinin keçirilməsi barədə verdiyi vədin niyə icra edilməməsinə aydınlıq gətirməsi üçün sülhməramlı kontingentin komandanı Andrey Volkovun aksiya keçirilən əraziyə gəlməsini tələb edirlər. Volkov isə bu tələbə hələ də cavab verməyib.

Bu halda azərbaycanlılarla hansı danışıqların getdiyi məlum deyil.

Teqlər: