Rus sərhədçilər xəbərdarlıq etdi, Ermənistan qarışdı

Rus sərhədçilər xəbərdarlıq etdi, Ermənistan qarışdı

Ermənistan artıq Rusiya üçün dost ölkə deyil.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Karen Hekimyan deyib.

Onun sözlərinə görə, rus sərhədçiləri Ermənistana gələnlərə xəbərdarlıq edirlər:

“Bu günlərdə Rusiyadan ölkəmizə gələn bir rus vətəndaşı ilə görüşdüm. Mənə dedi ki, Rusiya sərhədçiləri ona Ermənistanın dost ölkə olmadığını bildirib və buraya səfər etməməyi məsləhət görüblər. Əgər belədirsə, o zaman Rusiyanın 102-ci bazası ona dost olmayan ölkədə yerləşir. Klassik mənada isə buna işğal deyilir”.

Teqlər: