Rus səfiri Putinin sözlərinə görə XİN-ə çağırılacaq

Rus səfiri Putinin sözlərinə görə XİN-ə çağırılacaq

Rusiya Prezidenti Vladimir Putinin sovet diktatoru İosif Stalinlə bağlı bəyanatlarından sonra rus səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski bildirib.

“Tarixi həqiqət şübhəyə yer qoymur. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq”, – baş nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Polşanın Stalinin mövqeyi sayəsində çoxlu torpaqlar əldə etdiyini bildirib.

Teqlər: