Rus səfirdən ermənilərə xəbərdarlıq: Ukraynaya baxın!

Rus səfirdən ermənilərə xəbərdarlıq: Ukraynaya baxın!

Rusiya sülhməramlılarının Qarabağda alternativi bugünkü gündə yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, tənqidlərə baxmayaraq, öz vəzifələrini yerinə yetirirlər:

“Söhbət təhlükəsizliyin təmini, Qarabağda erməni sakinlərin yaşamına şərait yaratmaq, genişmiqyaslı eskalasiyanın qarşısını almaqdan gedir. Bu rol icra edilir. Və mən Qarabağda bu rolu əvəz edəcək başqa qüvvə görmürəm”.

Kopırkin qeyd edib ki, gələcəkdən danışırıqsa, o zaman bəzi qüvvələrin yeridilməsi üçün bütün tərəflərin razılığı lazımdır:

“Bundan əlavə, mövcud təcrübəni nəzərə alaraq, müxtəlif beynəlxalq və digər strukturların sülhməramlı imkanları ilə bağlı eyforiyaya qapılmaq olmaz. Xüsusilə, Ukrayna, Yuqoslaviya təcrübəsi var”.

Teqlər: