Polşa xarici işlər naziri Zbiqnev Rau Prjevoduv kəndində raketlərin düşməsindən sonra Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevlə görüşüb. Söhbət dörd dəqiqə davam edib.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, səfir görüşə gecə yarısı gəlib.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yassina qeyd edib ki, Rau Andreyevi heç bir xoş söz olmadan və əl sıxmadan qəbul edib:
“Rus diplomata rəsmi nota oxundu və o bunu qəbul edib getdi”.
Bundan əlavə, Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF FM radiosuna bildirib ki, Rau Andreyevdən vəziyyəti izah etməyi tələb edib.