Rus səfir Dövlət Departamentinə çağırılmasından danışdı

Rus səfir Dövlət Departamentinə çağırılmasından danışdı

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov PUA ilə rus qırıcısının toqquşması ilə əlaqədar Dövlət Departamentinə çağırılmasından danışıb.

AzerTimes xəbər verir ki, rus səfir Dövlət Departamentinin əməkdaşları ilə görüşün hörmət çərçivəsində keçdiyini bildirib.

“Heç kim ayaqqabısını çıxarıb hədələyərək masaya atmadı. Mövqe səsləndirildi və mən də öz növbəmdə ABŞ silahlı qüvvələrinin bu cür təxribatçı hərəkətlərinə necə reaksiya verdiyimizi cavablandırdım”, – səfir deyib.

Teqlər: